×
A
A
A
Sazlamalar

“Crocus City Hall” mərkəzində terror aktı ilə əlaqədar daha 3 nəfər saxlanılıb

Moskva, 25 mart, AZƏRTAC

“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Amincon, Dilovar və İsroil İslamovlar məhkəməyə gətirilib. Rusiya məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Dilovar İslamov terrorçuların istifadə etdikləri “Renault” markalı avtomobilin sahibi olub. İstintaq digər saxlanılanlar – Amincon və İsroil İslamovların da cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-03-25 19:59:00