“Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma başlayıb
Bakı, 25 mart, AZƏRTAC
Avropa Komissiyası (AK) Avropa İttifaqının rəqəmsal bazarlar qanununun pozulması iddiası ilə “Alphabet”, “Apple” və “Meta” şirkətləri ilə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb:
“Bu gün Avropa Komissiyası rəqəmsal bazarlar qanunvericiliyi çərçivəsində qanunlara riayət edilməməsi ilə bağlı araşdırmaya başlayıb. Bu, “Google Play”də idarəetmə üçün “Alphabet” qaydalarına, “App Store”da idarəetmə üzrə “Apple” qaydalarına, eləcə də bəzi “Meta” qaydalarına aiddir”.
Avropa Komissiyası araşdırmanı 12 ay ərzində başa çatdırmaq niyyətindədir. Əgər pozuntu aşkar olunarsa, AK hər bir şirkətə ümumi qlobal dövriyyələrinin 10%-nə qədər cərimə tətbiq edə bilər.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır