Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər
Bakı, 25 mart, AZƏRTAC
Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporu tərəfindən Qazaxıstanın müxtəlif bölgələrində Novruz bayramını münasibətilə bayram tədbirləri təşkil edilib. Hər il olduğu kimi bu il də Almatı, Astana, Aktau, Kostanay, Karaqanda, Türküstan, Ust-Kamenoqorsk, Atırau, Temirtau, Taldıkurqan şəhərlərində, Kurday, Şu, Taraz rayonlarında yurtalar qurulub, bayram süfrələri bəzədilib. Bayram münasibətilə qurulmuş Azərbaycan guşələrində isə milli mətbəximizin müxtəlif təamları nümayiş etdirilib, ölkəmizin mədəniyyətinə aid sərgilər təşkil olunub.
Bayram tədbirlərində çıxış edən diaspor rəhbərləri milli dəyərlərimizin, Novruz adət-ənənələrinin qorunub saxlanılmasında Azərbaycan diasporunun rolundan danışıblar. Tədbirlərdə həmçinin tarixi köklərlə bir-birinə bağlı olan iki qardaş xalq arasındakı mövcud əlaqələrinin əhəmiyyəti və ümumi dəyərlərimizin təbliği istiqamətində birgə fəaliyyətin önəmini vurğulanıb.
Amsterdamda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Oslo Azərbaycan Evinin sədri: Azərbaycan yaşıl enerjiyə keçidi sürətləndirir
Azərbaycanın Zəfər Günü münasibətilə Manisada tədbir təşkil olunub
Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib