×
A
A
A
Sazlamalar

Babək rayonunda qəzada 4 nəfər yaralanıb

Naxçıvan, 24 mart, AZƏRTAC

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Uzunoba yolu ətrafında qeydə alınan hadisə zamanı 67-BJ-983 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili aşıb.
Hadisə nəticəsində avtomobildə olan 4 nəfər - 2001-ci il təvəllüdlü Abuzərov İbrahim Nuhali oğlu, 1988-ci il təvəllüdlü İsmayılov Yusif Həsən oğlu, 1995-ci il təvəllüdlü Ələkbərov Elvin Hüseyn oğlu və sürücü 1961-ci il təvəllüdlü Əliyev Zahid Firudin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktlar bağlı araşdırma aparılır.

Regionlar 2024-03-24 13:35:00