×
A
A
A
Sazlamalar

Parlamentlərarası İttifaq çərçivəsində Asiya Parlament Assambleyasının Azərbaycanın sədrliyi ilə ilk koordinasiya iclası keçirilib

Cenevrə, 23 mart, AZƏRTAC

Milli Məclisin və Asiya Parlament Assambleyasının (APA) sədri Sahibə Qafarovanın sədrliyi ilə martın 23-də Parlamentlərarası İttifaqın (İPU) 148-ci Assambleyası çərçivəsində APA-nın koordinasiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bu iclasın APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclası olduğunu bildirib.
İclasda APA-nın ötən iclasdan indiyədək fəaliyyətinə dair hesabat dinlənilib, eləcə də bu ilin sonunadək nəzərdə tutulan tədbirlərin qısa təqvimi elan edilib.
Sonra təşkilata üzv ölkələrin təmsilçiləri cari mövzularla bağlı fikirlərini bildirib, eləcə də İPU-nun 148-ci Assambleyasına hazırlıq çərçivəsində APA ölkələrinin müzakirəyə çıxacağı təklif və mövzulardan bəhs ediblər. Çıxış edən natiqlər APA üçün əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə vahid mövqenin əlaqələndirilməsi barədə fikirlər səsləndiriblər.
İclas daha sonra İPU-nun Assambleyasında APA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə çıxışlarla davam etdirilib.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə

Siyasət 2024-03-23 20:47:00