×
A
A
A
Sazlamalar

“Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli 265 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 896 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında, 1-ci və 2-ci hissələrdə “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsi” üzrə:
2.1. adında və 1.1-ci bənddə “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin;
2.2. 1.3-cü bənddə “Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra - AMEA)” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik)” sözləri ilə əvəz edilsin;
2.3. 1.4-cü bənddə “AMEA-nın” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;
2.4. 3.1.1-ci yarımbənddə, 6.3-cü bəndin ikinci cümləsində, 6.4-cü bəndin üçüncü cümləsində, 6.9-cu bənddə, 6.10.5-ci və 6.10.7-ci yarımbəndlərdə “AMEA-nın Rəyasət Heyəti” sözləri “Nazirlik” sözü ilə əvəz edilsin;
2.5. 4.2-ci bənddə “AMEA-nın Rəyasət Heyətinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;
2.6. 6.10.6-cı yarımbənddə “AMEA-nın Rəyasət Heyətinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin strukturu”nun adında “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 mart 2024-cü il

№ 168

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2024-03-19 17:08:00