Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 19 mart, AZƏRTAC
Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də, mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb
BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb
Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb