×
A
A
A
Sazlamalar

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Mingəçevirdə “Kür” Olimpiya Tədris-idman Mərkəzində təmizlik aksiyası təşkil edib.
AKAF-dan AZƏRTAC-a verilən məlumata görə, aksiya bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəstək xarakteri daşıyır.
Aksiyada AKAF-ın idmançı-məşqçi heyəti, federasiya nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir. Təmizlik aksiyası zamanı həm “Kür” OTİM-in ətrafı, həm də Kür çayında iməcilik keçirilib.

İdman 2024-03-18 17:25:00