Lənkəranda Daun sindromlu uşaqlar üçün şənlik keçirilib
Lənkəran, 18 mart, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda 21 Mart - Beynəlxalq Daun Sindromu Gününə həsr edilən xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin departament müdiri müavini Cavid Rəhimli çıxış edərək, Ümumdünya Daun Sindirom Günü haqqında ətraflı məlumat verib. Bildirib ki, dünyanın hər yerində olduğu kimi ölkəmizdə də daun sindromlu şəxslər, həmişə dövlət dəstəyi və qayğısı ilə təmin olunurlar.
Şənlikdə bir araya gələn uşaqlar üçün bayram süfrəsi açılıb, sonra uşaqlarla birlikdə rəqslər edilib.
Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib
Şamaxıda “Suverenliyə aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib
Babək rayonunda yerləşən kafenin fəaliyyəti ciddi nöqsanlara görə dayandırılıb
Tərtərdə elmi-praktik konfrans: “Qurtuluşdan Zəfərə aparan yol”