Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları Şəkidə 11 mərkəzdə aparılıb
Şəki, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) martın 17-də Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 11 mərkəz ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 5, 7, 8, 10, 11, 12, 14, 17 və 20 nömrəli tam orta məktəblərdə, Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.
Ümumilikdə 2558 şagirdin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 29 imtahan rəhbəri və 243 nəzarətçi cəlb olunub. İmtahanların keçirilməsi üçün 202 zal ayrılıb.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.
Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib
“DOST Evi”nin benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunda olublar
Şəki Dövlət Dram Teatrı məktəblilərə yeni tamaşa təqdim edib
AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var