Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medal qazanıblar
Bakı, 17 mart, AZƏRTAC
Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, böyüklər arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər.
Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş medal qazanıb.
Qeyd edək ki, Bakıda təşkil olunan “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub