×
A
A
A
Sazlamalar

 Ağdaşda yük maşınları toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB VİDEO

Ağdaş, 17 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Martın 16-da saat 22 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində 2 “Ford” və 1 “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində 3 nəfər - Əliyev Rəşad Ədalət oğlu, Ağammədov Yasin Sədiyar oğlu və Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən ölüblər.
Araşdırma aparılır.

 

00:19


Bakı-Qazax avtomobil yolunda qəza zamanı 3 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, yol nəqliyyat hadisəsi gecə saatlarında magistral yolun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2024-03-17 01:40:00

Video