“Əlaçı” televiziya layihəsinin Şəkidə keçirilən seçim turunda 200 şagird biliyini sınayıb
Şəki, 16 mart Mustafa Dadaşov, AZƏRTAC
Martın 16-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərində təhsil alan, ümumilikdə, 200 nəfər X sinif şagirdi iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.
Zaqatalada avtomobil piyadanı vurub
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Laçınlı şagirdlər bilik yarışında iştirak ediblər
Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb