×
A
A
A
Sazlamalar

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Gəncədə tibbi aksiya keçirib

Gəncə, 16 mart, AZƏRTAC

Martın 15-16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gəncə şəhərində şəhid və qazi ailələri üçün tibbi aksiya keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi aksiyanın keçirilməsində məqsəd pasiyentlərin sağlamlıqları ilə bağlı problemlərin aşkar edilməsi və aradan qaldırılmasına kömək göstərməkdir.
Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Ciddi problemi olan və çətin əməliyyata ehtiyac duyulan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən səyyar klinika bir çox rayon və şəhərdə əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün aksiyalar keçirir.

 

Regionlar 2024-03-16 21:41:00