×
A
A
A
Sazlamalar

Baş Mil-Muğan kanalında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Saatlı, 16 mart, AZƏRTAC

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalının Saatlı rayonu ərazisindən keçən hissəsində, kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.

 

Regionlar 2024-03-16 18:59:00