×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə qalib gəlib

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” Tofiq Bəhramov adında Respublika Stadionunda “Kəpəz”i qəbul edib. Görüş nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin heyətində qolları 60-cı dəqiqədə Salifu Suma və 77-ci dəqiqədə Qismət Alıyev vurub. “Kəpəz”də isə 90+4-cü dəqiqədə Junior Martins fərqlənib.
Bu nəticədən sonra xallarını 39-a çatdıran “Zirə” üçüncü pilləyə yüksəlib. “Kəpəz” isə 27 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün digər oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Görüş 18:30-da start götürəcək.
Ötən gün turun açılış matçında “Neftçi” “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVII turuna martın 17-də keçiriləcək “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

İdman 2024-03-16 18:03:00