×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib

 

Bakı, 16 mart, AZƏRTAC
Basketbol üzrə Azərbaycan çempionatında XV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Sabah” səfərdə “Cəlilabad”la qarşılaşıb. Cəlilabad Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 90:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 27-yə yüksəldən “Sabah” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Cəlilabad” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Neftçi" "Gəncə"yə, “NTD-İndiqo” "Sərhədçi"yə 84:74, "Xəzri isə "Xırdalan"a 106:82 hesabı ilə qalib gəlib. Tura martın 17-də reallaşacaq "Şəki" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

İdman 2024-03-16 17:04:00