×
A
A
A
Sazlamalar

Naxçıvanın gömrük postunda qaimədə qeyd olunmayan məhsullar aşkarlanıb

Naxçıvan, 16 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasından tranzit keçməklə yük gətirən “Reno” markalı yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, baxış zamanı nəqliyyat qaiməsində qeyd olunmayan 1270 kiloqram qarışıq ərzaq, müxtəlif qab-qacaq və mətbəx ləvazimatları, məişət əşyaları, tikinti materialları, eləcə də 16600 ədəd aksiz markası olmayan “Milano” markalı siqaret aşkar edilib.
Əlavə olaraq qaimədə qeyd edilən 2000 kiloqram fındıq yükü də nəqliyyat vasitəsində aşkarlanmayıb.

Regionlar 2024-03-16 16:06:00