×
A
A
A
Sazlamalar

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı, 14 mart, AZƏRTAC

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov martın 29-da saat 10:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-957-65-22) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Regionlar 2024-03-14 11:20:00