×
A
A
A
Sazlamalar

UEFA “Qarabağ”ın hücumçusu ilə bağlı paylaşım edib VİDEO

Bakı, 13 mart, AZƏRTAC

UEFA Avropa Liqasının rəsmi səhifəsi “Qarabağ”ın futbolçusu Olavio Juninyo ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, qurumun “X” hesabı turnirin 1/8 final mərhələsinin Almaniya “Bayer”i ilə Bakıda keçirilən ilk görüşündə “sambaçı”ya aid “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” başlıqlı post paylaşıb. Həmçinin də braziliyalının vurduğu qol və məhsuldar ötürməsi qeyd edilib.
Qeyd edək ki, “Qarabağ” “Bayer”lə Bakıda 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab oyunu martın 14-də saat 00:00-da Leverkuzendə keçiriləcək.

İdman 2024-03-13 18:23:00

Video