Xabi Alonso: Sabah yüksək səviyyəli oyun sərgiləyib mərhələni adlamaq istəyirik
Bakı, 13 mart, AZƏRTAC
“Qarabağ”la görüş bizim üçün asan olmayacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” (Leverkuzen) komandasının baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ”la keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, azarkeşlərinin qarşısında yaxşı oyun nümayiş etdirmək istədiklərini bildirib: “Futbolçularım yaxşı istirahət edib. Bu matça tam olaraq hazırıq. Sabah yüksək səviyyəli oyun sərgiləyib mərhələni adlamaq istəyirik. Qarşıdakı aylarda bizi sıx qrafik gözləyir. Üç yarışda da iddiamız davam edir. Fikrimcə, futbolçularım buna hazırdır”.
Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb