×
A
A
A
Sazlamalar

Samuxda “Zəfərə aparan yol” adlı vətənpərvərlik tədbiri təşkil olunub

Samux, 13 mart, AZƏRTAC
Samuxda rayon icra hakimiyyətinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” adlı vətənpərvərlik tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin ansamblı "Vətən uğrunda", "Novruz sərgüzəştləri" tamaşası və bayram konserti ilə çıxış ediblər. Həmçinin kəndirbaz tərəfindən nümayiş etdirilən akrobatik hərəkətlər maraqla izlənilib, tonqal qalanıb.
Tədbir çərçivəsində “Əsgərə məktub” layihəsi də təşkil edilib.

Regionlar 2024-03-13 16:05:00