×
A
A
A
Sazlamalar

Salyanda Vaqif Mustafazadənin xatirəsinə həsr olunan yaradıcılıq sərgisi keçiriləcək

Salyan, 13 mart, Surxay Şahbazov, AZƏRTAC

Salyan rayonunda Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, məşhur cazmen və bəstəkarın anadan olmasının 84-cü ildönümü ilə əlaqədar “Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi martın 15-də Salyan Dövlət Rəsm Qalereyasında təşkil olunacaq.
Peşəkar, gənc və yeniyetmə rəssamların 30-dək əsərinin nümayiş olunacağı sərgi martın 30-dək davam edəcək.
Təqdim olunan rəsm əsərlərində Azərbaycan cazından başqa, dünya caz ulduzlarının portretləri və caz kompozisiyaları da yer alacaq.

Regionlar 2024-03-13 15:29:00