×
A
A
A
Sazlamalar

Qubada polislər çətin vəziyyətdə qalan hindistanlı turistə kömək edib

Quba, 13 mart, Elxan Yusifli, AZƏRTAC

Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək ediblər.
Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşının çətinliklə üzləşməsi barədə məlumat verib.
Məlumatda bildirilib ki, Sahoo Ramakan adlı turist əlverişsiz hava şəraiti ilə əlaqədar Quba-Susay-Xınalıq yolunda, ucqar dağlıq ərazidə avtomobildə köməksiz vəziyyətdə qalıb.
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.
S.Ramakant operativliyə görə polis əməkdaşlarına minnətdarlıq edib.

Regionlar 2024-03-13 14:34:00