×
A
A
A
Sazlamalar

Nigeriyada silahlılar 60-dan çox kəndlini girov götürüb

Bakı, 13 mart, AZƏRTAC

Nigeriyanın şimalında azı 61 kənd sakini silahlılar tərəfindən girov götürülüb.
AZƏRTAC Nigeriyada nəşr olunan “Premium Times” qəzetinə istinadla xəbər verir ki, silahlılar gecə saatlarında Kaduna əyalətində yerləşən Buda kəndinə hücum ediblər. Onlar soyğunçuluqla məşğul olub, yerli sakinləri girov götürərək naməlum istiqamətə aparıblar. Təhlükəsizlik qüvvələri girov götürülən şəxslərin axtarışına başlayıb.
Qeyd edək ki, 2024-cü ildə Nigeriyada pul qarşılığında azad edilməsi üçün qaçırılan insanların sayı xeyli artıb. Belə ki, martın 7-də silahlılar Kaduna əyalətində 287 məktəblini və müəllimi girov götürüblər. İki gün sonra isə Sokoto ştatında 15 məktəbli qaçırılıb.

Dünya 2024-03-13 12:37:00