×
A
A
A
Sazlamalar

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il .22 noyabr tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə “vətəndaşlar” sözü “şəxslər” sözü ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” üzrə:
2.1. adında, preambulasında, 1.1-ci bəndin birinci abzasında, 1.3-cü bəndin birinci və yeddinci abzaslarında, 3.3-cü, 3.4-cü bəndlərdə ismin müvafiq hallarında “vətəndaşlar” sözü ismin müvafiq hallarında “şəxslər” sözü ilə əvəz edilsin;
2.2. 1.2-ci bəndə “orta” sözündən sonra “illik” sözü əlavə edilsin;
2.3. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1. Bu Qaydanın 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilən kvota Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir-liyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) qeydə alınmış məlumatlar əsasında real vaxt rejimində MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanır. Kvota müəyyən edilərkən alınan nəticələr tam ədəd olmadıqda MEİS tərəfindən ən yaxın tam ədədə yuvarlaqlaşdırılır.
2.2. İşəgötürənlər kvota barədə məlumatı kvota müəyyən edildiyi gündən 5 (beş) iş günü müddətində “e-sosial” internet portalında yaradılmış elektron kabinetləri vasitəsilə əldə edirlər.”;
2.4. 2.3-cü və 2.4-cü bəndlər ləğv edilsin;
2.5. 3-cü hissə üzrə:
2.5.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Müəssisələr üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının (bundan sonra - Agentliyin yerli qurumları) və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən MEİS-in “Məşğulluq” altsistemi (bundan sonra - MAS) tərəfindən elektron qaydada təqdim edilmiş göndərişə əsasən 5 (beş) iş günü müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.”;
2.5.2. 3.2-ci, 3.5-ci bəndlər və 4-cü hissə ləğv edilsin;
2.5.3. 3.3-cü bəndə “ehtiyacı olan” sözlərindən sonra “və işə düzəlməkdə çətinlik çəkən” sözləri əlavə edilsin və həmin bənddən “şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə,” sözləri çıxarılsın;
2.5.4. 3.4-cü bəndə (hər iki halda) “ehtiyacı olan” sözlərindən sonra “və işə düzəlməkdə çətinlik çəkən” sözləri əlavə olunsun və həmin bənddə “şəhər, rayon məşğulluq mərkəzləri” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 12 mart 2024-cü il

№ 134

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2024-03-13 11:56:00