×
A
A
A
Sazlamalar

Qusarda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Qusar, 13 mart, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini Murad Talıbov və Qusar rayon sakini Omar Asvarov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Regionlar 2024-03-13 11:51:00

Video