×
A
A
A
Sazlamalar

Vladimir Putin: Rusiya hərbi-texniki nöqteyi-nəzərindən nüvə müharibəsinə hazırdır

Moskva, 13 mart, AZƏRTAC

Rusiya hərbi-texniki nöqteyi-nəzərindən nüvə müharibəsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində bildirib.
V.Putin əlavə edib ki, Rusiyanın nüvə triadası başqa ölkələrdə olduğundan daha müasirdir. O bildirib: “Əlbəttə, hərbi-texniki nöqteyi-nəzərindən biz hazırıq”. Rusiya Prezidenti qeyd edib ki, onun ölkəsinin nüvə qüvvələri daimi döyüş hazırlığı vəziyyətindədir.
O, həmçinin bildirib ki, ABŞ öz qoşunlarını Ukraynaya göndərsə, onda Rusiya bu addımı müdaxilə aktı kimi qəbul edəcək.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-03-13 11:45:00