×
A
A
A
Sazlamalar

Venesuelanın neft hasilatı ardıcıl üçüncü aydır yüksəlir

Bakı, 13 mart, AZƏRTAC

Neft ixrac edən ölkələr təşkilatının (OPEC) açıqlamasına görə, Venesuelada neft hasilatı ardıcıl olaraq üçüncü aydır ki, yüksəlməkdə davam edir.
AZƏRTAC The Star saytına istinadla xəbər verir ki, OPEC-in hesabatına görə, Venesuelanın xam neft hasilatı 2023-cü ilin dekabrda sutkada 802 min barel, bu ilin yanvarında 841 min barel, fevralda isə 877 min barelə çatıb. Digər mənbələr isə hasilatın dekabrda 782 min, yanvarda 804 min, fevralda isə 820 min barel olduğunu bildirirlər.
Karbohidrogen sənayesi ənənəvi olaraq Venesuela büdcəsinin əsas mənbəyini təşkil edir.
OPEC-in məlumatına əsasən, 2022-ci ildə Venesuelanın neft hasilatı orta hesabla sutkada 716 min barelə çatıb və həmin vaxtdan bəri yavaş, lakin davamlı irəliləyiş müşahidə olunub.

Dünya 2024-03-13 11:18:00