×
A
A
A
Sazlamalar

Çində restoranda partlayış olub, ölən və yaralananlar var

Pekin, 13 mart, AZƏRTAC

Çinin Hebey vilayətinin Sanhe şəhərinin Yanciao qəsəbəsindəki restoranda baş verən partlayış nəticəsində ən azı bir nəfər ölüb, 22 nəfər xəsarət alıb.
AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 8 radələrində baş verən partlayış nəticəsində restoranın yerləşdiyi binaya və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala əsasən partlayış qaz sızmasından baş verib.
Hazırda ərazidə axtarış işləri aparılır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2024-03-13 10:33:00