×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Masallıda vətəndaşlarla görüşəcək

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini İlhamə Qədimova martın 19-da saat 10.00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-42-44) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Regionlar 2024-03-13 09:35:00