×
A
A
A
Sazlamalar

Naxçıvanda ötən ay yeni yaranan 81 daşınmaz əmlak obyektinə ünvan verilib

Naxçıvan, 12 mart, AZƏRTAC

Fevral ayında Naxçıvan Muxtar Respublikası üzrə, ümumilikdə, 895 daşınmaz əmlak obyektinə məxsus mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə daxil olmuş vətəndaş müraciətləri əsasında 243 əmlaka dair texniki pasport, 331 torpaq sahəsinə dair plan və ölçü olmaqla, ümumilikdə, 574 texniki sənəd hazırlanaraq hüquqi sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 81 daşınmaz əmlak obyektinə ünvan verilib.
Həmçinin fevral ayı ərzində xidmət tərəfindən fəaliyyət istiqamətləri üzrə təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 88, notariat ofisləri tərəfindən 271 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Regionlar 2024-03-12 22:07:00