×
A
A
A
Sazlamalar

Şabranda doğum zamanı ana və uşaq ölümü ilə bağlı araşdırma başlayıb

Şabran, 12 mart, Elxan Yusifli, AZƏRTAC

Şabranda doğum evində ana və uşaq ölümü qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova və onun körpəsi doğuş zamanı həyatını itirib. Bu, Nailə Qasımovanın üçüncü hamiləliyi olub.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

 

 

 

 

 

Regionlar 2024-03-12 19:53:00