×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində yol qəzası baş verib

Naxçıvan, 12 mart, AZƏRTAC

Naxçıvan şəhərinin "İstiqlal" küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 71-BA-213 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və səkiyə aşıb. İlkin məlumata görə, sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2024-03-12 19:33:00