×
A
A
A
Sazlamalar

Gürcüstan ilə Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

Tbilisi, 12 mart, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Dəftərxanasından məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.
Eyni zamanda, ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələr diqqət mərkəzində olub.
İrakli Kobaxidze Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib. Bundan əlavə, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyi qeyd edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2024-03-12 17:36:00