×
A
A
A
Sazlamalar

Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

Tbilisi, 12 mart, AZƏRTAC

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov martın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Ramil Usubov abidə önünə əklil qoyub, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb.
Təhlükəsizlik Şurasının katibini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
R.Usubov, həmçinin Tbilisidəki Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidənin önünə əklil qoyub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Siyasət 2024-03-12 17:10:00