×
A
A
A
Sazlamalar

BMTM-də yeni dövrün xarici siyasətində milli hədəflər müzakirələr edilib

Bakı, 12 mart, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Prezident İlham Əliyevin milli ideoloji inkişaf və onun müdafiəsi üçün konseptual proqram xarakterli çıxışındakı tezisləri ilə əlaqədar müzakirələr təşkil edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Milli İdeya müzakirələri: Yeni dövrün xarici siyasətində milli hədəflər” mövzusunda keçirilən tədbirin əsas istiqamətləri Azərbaycanın təhlükəsizliyinin qorunması, yeni geosiyasi reallıqlar fonunda sərhədlərin mühafizəsi, beynəlxalq böhranlara adekvat reaksiya və mümkün ideoloji risklərə qarşı preventiv tədbirlərin görülməsi təşkil edib.
Tədbirdə yerli beyin mərkəzlərindən, ali təhsil müəssisələrindən nümayəndələr, eləcə də Milli Məclisin deputatları, hökumət rəsmiləri və ekspertlər sözügedən mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Siyasət 2024-03-12 17:07:00