×
A
A
A
Sazlamalar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 11 mart, AZƏRTAC
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Siyasət 2024-03-11 15:38:00