×
A
A
A
Sazlamalar

Kayser Navab: Şuşanı hər zaman gözəl və turizm şəhəri kimi görmək istəyirik VİDEO

Şuşa, 10 mart, AZƏRTAC

Biz səfərimiz zamanı Ermənistan vandalizminə şahid olduq. Ermənilər tərəfindən dini və tarixi abidələr dağıdılıb. Ancaq dəyən ziyanın böyük olmasına baxmayaraq Azərbaycan hökuməti quruculuq işləri ilə məşğul olur və vətəndaşlar üçün yaxşı şərait yaradılır.
Bunu pakistanlı nümayəndə Kayser Navab “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində Şuşaya təşkil olunan səfərdə AZƏRTAC-a açıqlamasında bildirib.
Kayser Navab qeyd edib ki, Azərbaycan dövləti burada dayanıqlı inkişaf şəraiti yaradıb. Şuşanı bütün İslam dünyasının mədəniyyət mərkəzi adlandırmaq olar.
“İşğaldan azad edildikdən sonra bu qədim şəhərdə həm tarixi, həm də dini abidələrin bərpası işi aparılıb. Aparılan yenidənqurma işləri bizə böyük qürur hissi yaşadır”, - deyə pakistanlı qonaq bildirib. O, əlavə edib ki, Şuşanı hər zaman inkişaf etmiş, gözəl və turizm şəhər kimi görmək istəyir.

Siyasət 2024-03-10 17:51:00

Video