×
A
A
A
Sazlamalar

Hüseyn İşıqsal: Ermənilər 30 il ərzində türk izini Qarabağdan silməyə çalışıblar VİDEO

Şuşa, 10 mart, AZƏRTAC

Biz Qarabağ Zəfərini Lefkoşa küçələrində böyük coşqu ilə qeyd etdik. Çünki bu qələbə Türk dünyasına aiddir.
Bunu Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya məsələləri üzrə xüsusi köməkçisi Hüseyn İşıqsal “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində Şuşaya təşkil olunan səfərdə AZƏRTAC-a açıqlamasında bildirib.
Şuşaya ilk dəfə gəldiyini qeyd edən qonaq burada aparılan yenidənqurma işlərinin onda xoş təəssürat yaratdığını söyləyib. O vurğulayıb ki, bura qısa zamanda böyük mədəniyyət və istirahət mərkəzinə çevriləcək.
H. İşıqsal əlavə edib ki, Şuşada və Qarabağın digər yerlərində işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktı onu sarsıdıb. Qonaq qeyd edib ki, ermənilər buradakı məscidləri heyvan axurlarına çevirdiyi kimi, rumlar da türklərin yaşadığı Şimali Kipr ərazisində analoji hadisələr törətmişlər.
“Bu səbəbdən bütün dünyaya səslənərək müraciət edirəm ki, bütün dinlərə hörmətlə yanaşılmalıdır. Ermənilər 30 il ərzində türk izini Qarabağdan silməyə çalışıblar. Ancaq düşmənin bu istəyinə imkan verilməyib”, - deyə Hüseyn İşıqsal fikrini yekunlaşdırıb.

Siyasət 2024-03-10 17:21:00

Video