×
A
A
A
Sazlamalar

Qazaxıstan Prezidenti: Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi edən ilk dövlət olmasını alqışlayırıq

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl “Azərbaycan” qəzetinə və APA-ya müsahibəsində deyib.
“Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Siyasət 2024-03-10 10:25:00