×
A
A
A
Sazlamalar

Şahbaz Şərif Pakistanın Baş naziri seçilməsi münasibətilə təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib

Bakı, 9 mart, AZƏRTAC

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Baş nazir seçilməsi münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
AZƏRTAC xəbər verir ki, Şahbaz Şərif özünün X sosial şəbəkə hesabında bununla bağlı yazıb: “Pakistanın Baş naziri seçilməyim münasibətilə səmimi təbriklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Xalqlarımız gündən-günə inkişaf edən unikal dostluq münasibətlərinə malikdir”.

Siyasət 2024-03-09 19:16:00