×
A
A
A
Sazlamalar

İslam sülhə xidmət edən dindir

Bakı, 9 mart, AZƏRTAC
Hesab edirəm ki, belə bir konfransın keçirilməsi Azərbaycanın islamofobiya problemi ilə məşğul olması üçün çox yaxşı təşəbbüsdür. Çünki təkcə Qərb ölkələrində deyil, Şərq ölkələrində də bütün müsəlmanlar üçün islamofobiya böyük problemdir. Biz bu problemi və ya dilemmanı həll etməliyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfransda iştirak edən Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əl-Şahhat əl-Gindi deyib.
M.Ə-Gindi bildirib ki, Qərb ölkələri müsəlmanlara, İslama qarşı planlar qururlar: "Bu bir növ müsəlmanlara qarşı ittihamdır. Biz bununla bacara bilərik. Çünki İslam sülhə xidmət edən dindir. Biz birgə yaşayışa inanırıq. İnanırıq ki, dözümsüzlük də başqaları üçün məqbul olacaq. Çünki Allah deyir ki, dinə şəfqət yoxdur. Sizin öz dininizi seçmək hüququnuz var, onların da mənim dinimi seçmək hüququ var. Bəs, belə olduğu halda niyə birlikdə əməkdaşlıq edə bilmərik? Biz ən azı insan olaraq qardaşıq. Təəssüf ki, müsəlmanlar bəzən qeyri-insani davranışlara məruz qalır".
Rektor Bakıda keçirilən bu konfransın vacibliyinə də toxunub. Təkcə bu il deyil, keçən il də Azərbaycan bu konfransı təşkil edib. Bildiyimə görə , bu təşəbbüs yenə də davam edəcək. Düşünürəm ki, bu cür təşəbbüsə təkcə Qazaxıstan naminə deyil, bütün müsəlman xalqları naminə ehtiyac var. İslamı anlamağa çalışaraq birlikdə əməkdaşlıq edə bilərik. Belə olduğu təqdirdə təkcə müsəlman xalqları və Qərb dövlətləri üçün deyil, bütün dünya üçün sülhə nail ola bilərik"- deyə, qonaq qeyd edib.

 

Siyasət 2024-03-09 17:38:00