×
A
A
A
Sazlamalar

Milli İncəsənət Muzeyində Mahnı Teatrının konsert proqramı təqdim edilib

Bakı, 7 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə respublikanın tanınmış incəsənət ustaları - Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən ifa olunan mahnılar səsləndirilib.
Konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində "Salam, Novruz!" sərgisi ilə tanış olublar.

Mədəniyyət 2024-03-07 14:26:00