×
A
A
A
Sazlamalar

Bərdədə baş verən zəncirvari qəzada iki nəfər xəsarət alıb

Bərdə, 7 mart, AZƏRTAC

Bərdədə zəncirvari qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı yük avtomobili (TIR) ilə "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "BMW" markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsibov Nəsib Allahverən oğlu və 2003-cü il təvəllüdlü Nəcəfov Fariz Nurəli oğlu xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-03-07 14:25:00