×
A
A
A
Sazlamalar

Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - SƏRƏNCAM

Bakı, 7 mart, AZƏRTAC
Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

Regionlar 2024-03-07 13:09:00