×
A
A
A
Sazlamalar

Milli Kitabxana “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı sərgi hazırlayıb

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasının əməkdaşları “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

 

 

Mədəniyyət 2024-03-07 11:13:00