Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
Bakı, 7 mart, AZƏRTAC
İtaliyanın məşhur “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin dərcinə başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin italyan dilinə tərcümə müəllifi tanınmış tərcüməçi Olqa Mazzinadır.
Geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, Italo Kalvino, Covanni Bokaçço, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb
Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək
Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub