×
A
A
A
Sazlamalar

Naxçıvanda şagirdlər arasında “Robotunu yarat” müsabiqəsi keçirilib

Naxçıvan, 28 fevral, AZƏRTAC

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin şagirdləri arasında STEAM üzrə “Robotunu yarat” müsabiqəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə şəhər və rayon məktəblərindən 40 komandada 100-dən artıq VI-XI sinif şagirdi iştirak edib. Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılıb. Dizayn, robotların işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən ən yaxşı layihələr qalib elan olunub.
Sonda qalib komanda rəhbəri və üzvləri medal və fəxri fərmanlarla təltif olunublar.

Regionlar 2024-02-28 21:01:00