Meksika, Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-dan başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı soyqırımı 32 il”, “Xatırlayırıq”, “Azərbaycana qarşı cinayət” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.
Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir. Elektron lövhələr bir neçə gün ərzində nümayiş etdiriləcək.
Vətən müharibəsinin xronikası: 5 oktyabr
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub
Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub VİDEO